Millimiz Bakıda Monteneqro ilə heç-heçə etdi

18:56 - 21 Fevral 2025

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası UEFA Millətlər Liqasında ilk oyununu keçirib.

Sportal.az xəbər verir ki, C Liqasının 4-cü qrupunda yer alan millimiz Monteneqro yığmasını qəbul edib. “Liv Bona Dea Arena”da təşkil olunan qarşılaşma 0:0 hesablı qolsuz heç-heçə yekunlaşıb.

Qeyd edək ki, millimiz qrupda növbəti oyununu aprelin 4-də səfərdə Litva yığmasına qarşı keçirəcək.

Xəbər xətti