"Barselona" İspaniya millisinin üzvü ilə razılıq əldə etdi

16:57 - 22 Fevral 2025

"Barselona" mövsümün sonunda klubla müqaviləsi başa çatan İniqo Martineslə bağlı qərar verib.

Sportal.az xəbər verir ki, La Liqa nəhəngi ispan müdafiəçini komandada saxlayacaq. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Artıq tərəflər arasında razılıq əldə olunub. Qarşıdakı günlərdə 33 yaşlı mərkəz müdafiəçisi ilə 2026-cı ilin yayına kimi nəzərdə tutulan sözləşmə imzalanacaq.

Qeyd edək ki, İniqo Martines 2023-cü ilin yayında "Barselona"da çıxış edir. İspaniya millisinin üzvü olan təcrübəli futbolçu bu mövsüm Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 30 rəsmi matçda 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti