"Sabah" Misli Premyer Liqasının 24-cü turunda səfərdə "Qarabağ"la 1:1 hesablı heç-heçə edib.
Sportal.az xəbər verir ki, Masazır təmsilçisinin baş məşqçisi Vasili Berezutski matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Çox maraqlı oyun alındı. Hava şəraiti kəskin olsada, hər iki tərəf qarşılıqlı hücumlar edirdi. "Qarabağ"ın da, sonlarda bizim fürsətlərimiz oldu. Onları vursaydıq, qalib gələrdik. "Qarabağ" kimi rəqiblə matçda heç-heçədən razıyam.
- Hücum mövqeyində oynayan oyunçularınız sanki epizodlar zamanı konsentrasiyalı deyildi. Səbəbi nədir?
- Məşqlərdə bizim qədər hücumu sonlandırmasını işləyən komanda yoxdur. İnanıram ki, keyfiyyətə gətirib çıxaracağıq. Komandamın müdafiədən topla çıxmasından narazı qaldım. Qısa paslar zamanı itkilərimiz oldu.
- Burada futbolçu kimi oynamısız, indi isə baş məşqçi kimi komandanızı oyuna çıxardınız. Hansı hissləri keçirdiz?
- Bura gəlməmişdən qabaq analitiklə danışdıq ki, burada oynamışam, ya yox. Yadımda qalan odur ki, "Neftçi" - ÇSKA matçında ehtiyatda oturmuşdum. Azərbyacan - Rusiya matçı yadımdadır. Mənim üçün xoş hisslərdir. Əfsanəvi Tofiq Bəhramovun adını daşıyan stadionda oynamaq, baş məşqçi kimi matça çıxmaq xoşdur.
- Kadi Borges "Krasnodar"da olanda siz işləyən ÇSKA-ya qarşı oynayıb. Bu dəfə "Qarabağ"ın formasında sizin komandanıza qarşı oynadı. Onun haqda hansı fikirdəsiz?
- Kadi çox keyfiyyətli oyunçudur. Rusiya Premyer Liqasında ən azından 10 komandanın heyətində start heyətində oynaya bilər.
Mirbağırağa
saytlarin hazirlanmasi