"Napoli" uduzdu, liderliyi itirdi - VİDEO

21:46 - 23 Fevral 2025

İtaliya A Seriyasında XXVI turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, "Napoli" səfərdə "Komo" ilə qarşılaşıb.

Neapol təmsilçisi rəqibinə 1:2 uduzduğu üçün liderliyi də itirib.

Belə ki, hazırda A seriyasının turnir cədvəlinə 57 xalla "İnter" rəhbərlik edir. "Napoli" isə 56 xalla ikinci pillədədir.

İtaliya A Seriyası
XXVI tur
"Komo" – "Napoli" 2:1
Qollar
: Rahmani 7 (avtoqol), Diao 77 - Raspadori 17

Xəbər xətti