"Qarşıdakı oyunlarda daha yaxşı nəticələr əldə edə biləcəyik" - "Karvan"ın hücumçusu

11:34 - 16 Avqust 2025

"Karvan-Yevlax" Misli Premyer Liqasının 1-ci turunda "Qəbələ" ilə 1:1 hesablı heç-heçə edib.

Yevlax təmsilçisinin hücumçusu Coy Sleyd Mikels matçdan sonra Sportal.az saytına açıqlama verib. Çempionatda debüt edən almaniyalı futbolçu oyunun çətin keçdiyini deyib:

"Ağır oyun idi. Matçın əvvəli bizim üçün bir az çətin oldu. Biz Premyer Liqaya yeni gələn komandayıq. Bir az vaxta ehtiyacımız var. Yeni kollektivik. Ümid edirik ki, qarşıdakı oyunlarda daha yaxşı nəticələr əldə edə biləcəyik".

31 yaşlı forvardın oyununu izləyənlər arasında "Sabah"da çıxış edən Coy Lens Mikels də var idi. "Karvan"ın hücumçunu bunun ona motivasiya verdiyini bildirdi:

"Təbii ki, həmişə ailəmin, məni dəstəkləyən insanların yanımda olması çox xoşdur. Bu, futbolçuya əlavə motivasiya verir".

Elçin Əlixan

Xəbər xətti