"Yuventus" "Tottenhem"in futbolçusunu transfer etmək istəyir

17:25 - 14 Avqust 2025

"Yuventus" yarımmüdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, A Seriyası nəhənginin əsas hədəfi "Tottenhem"də çıxış edən İv Bissumadır. Bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.

"Ağ-qaralar" London klubu ilə 1 illik müqaviləsi qalan malili futbolçu üçün rətsmi təklif göndərəcək. Yeni baş məşqçi Tomas Frankın planlarına daxil olmayan 28 yaşlı oyunçu "Yuventus"a keçməyə isti yanaşır.

Qeyd edək ki, "Tottenhem" İv Bissumanı 2022-ci ilin yayında "Brayton"dan transfer edib. Mali millisinin üzvü ötən mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 44 rəsmi  matçda 2 qol vurub.

Xəbər xətti