“Sabah" - "Qarabağ" oyunu təxirə salındı

23:56 - 12 Avqust 2025

2025/26 mövsümü Misli Premyer Liqasının 1-ci turu çərçivəsində keçirilməli olan "Sabah" - "Qarabağ" oyunu təxirə salınıb.

Sportal.az xəbər verir ki, bu haqda "Sabah" klubu açıqlama yayıb.

Komandaların rəsmi görüşləri arasında minimum 48 saat vaxtın qorunması ilə bağlı beynəlxalq oyun qaydalarına əsasən matç başqa vaxta təyin ediləcək. Hələlik oyunun yeni tarixi açıqlanmayıb.

Qeyd edək ki, sözügedən qarşılaşma avqustun 17-i saat 18:30-da keçirilməli idi. "Sabah" 14 avqust saat 20:00-da Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində "Levski" ilə üz-üzə gələcək.

Xəbər xətti