"Araz-Naxçıvan"ın müdafiəçisi: "Omoniya"ya qarşı Bakıdakı matçda istədiklərimizi alındıra bilmədik"

11:22 - 12 Avqust 2025

"Araz-Naxçıvan"ın müdafiəçisi Bəxtiyar Həsənalızadə Sportal.az saytına müsahbə verib.

O, komandasının Bakıda “Omoniya”ya 0:4 hesablı məğlubiyyətini şərh edib:

"Omoniya"ya qarşı oyun bizim üçün yaxşı keçmədi. İstədiklərimizi meydanda alındıra bilmədik. Oyunumuz alınmadı. Sonda da təəssüf ki, uduzduq. Yoxsa, təbii ki, daha yaxşı nəticə üçün oynayırdıq. Meydana da bunun üçün çıxmışdıq. “Omoniya” güclü rəqibdir. Xırda səhvləri qətiyyən qaçırmırlar. Həmin gün öz günümüzdə deyildik. Nə elədiksə, alınmadı. “Aris” və “Omoniya”nı müqayisə etməli olsam, mənə Kipr klubu daha güclü idi".

Həsənalızadə, cavab görüşü ilə bağlı da öz fikirlərini bildirib: 

“Çətin görüş olacaq. “Omoniya”ya qarşı Bakıdakı matçda istədiklərimizin heç biri alınmadı. Ümid edirəm ki, Nikosiyadakı matçda ikinci görüşdə tam fərqli olacaq. Sona qədər mübarizə aparacağıq”.

Qeyd edək ki, “Omoniya” – “Araz-Naxçıvan” matçı avqustun 14-də keçiriləcək və görüşə Bakı vaxtı ilə saat 21:00-da start veriləcək. 

Mirbağırağa

Xəbər xətti