"Beşiktaş"dan ayrılan müdafiəçi Premyer Liqaya qayıtdı - RƏSMİ

14:26 - 10 Avqust 2025

"Beşiktaş"dan ayrılan Artur Masuakunun yeni klubu müəyyənləşib.

Sportal.az xəbər verir ki, konqolu sol cinah müdafiəçisi İngiltərəyə qayıdıb.

Masuaku "Sanderlend"lə anlaşıb. Bu barədə Premyer Liqa klubunun mətbuat xidməti məlumaat yayıb. 31 yaşlı futbolçu ilə 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, "Beşiktaş" Artur Masuakunu 2022-ci ilin yayında "Vest Hem"dən transfer etmişdi. Konqo millisinin üzvü ötən mövsüm İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 47 rəsmi matçda 1 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.


Xəbər xətti