Ötən mövsüm icarə əsasında "Fənərbaxça"da çıxış etmiş Allan Sen-Maksimenin yeni klubu müəyyənləşib.
Sportal.az xəbər verir ki, fransalı vinger karyerasını Meksikada davam etdirəcək.
Sen-Maksimen "Amerika" klubu ilə anlaşıb. 28 yaşlı futbolçu artıq Meksikadadır. Tibbi müayinədən keçdikdən sonra onunla 4+1 illik müqaviləimzalanacaq.
"Amerika" təcrübəli oyunçu üçün onun müqavilə ilə məxsus olduğu Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Əhli"yə 12 milyon dollar təzminat ödəyəcək.
Qeyd edək ki, Allan Sen-Maksimen 2024/2025 mövsümündə "Fənərbaxça"nın heyətində meydana çıxdığı 31 rəsmi matçda 4 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi