Fransa millisinin üzvü Premyer Liqa klubunda qalacaq

19:18 - 7 Avqust 2025

İngiltərənin "Aston Villa" klubunda yeni müqavilə qeydə alınıb.

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Luka Dinin sözləşməsinin müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Fransa millisinin üzvü ilə  2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, "Aston Villa" Luka Dini 2022-ci ilin yanvar ayında "Everton"dan transfer edib. 32 yaşlı sol cinah müdafiəçisi ötən mövsüm komandanın heyətində meydana 45 rəsmi matçda 7 qol ötürməsi ilə yadda qalıb.

Xəbər xətti