"Sabah" UEFA Konfrans Liqası 3-cü təsnifat mərhələsinin ilk oyunu çərçivəsində səfərdə "Levski"nin qonağı olacaq.
Sportal.az xəbər verir ki, "Sabah"ın futbolçusu Cesse Sekidika oyundan öncə keçirilən mətbuat konfransında bunları qeyd edib:
"Baş məşqçimiz də vurğuladığı kimi rəqib haqqında məlumatımız var. Çox böyük bir tarixə malik komandadır. Bu cür atmosferdə oynayacağım üçün xoşbəxtəm. Bolqarıstana sərfəli nəticə qazanmaq üçün gəlmişik".
saytlarin hazirlanmasi