"Çelsi"nin futbolçusu Bundesliqa klubuna qayıtmaq istəyir

00:03 - 5 Avqust 2025

Karni Çukvuemeka “Çelsi”dən “Borussiya”ya keçə bilər.

Sportal.az xəbər verir ki, Fabritsio Romanonun məlumatına görə, klublar 21 yaşlı yarımmüdafiəçinin tam transferi ilə bağlı danışıqlar aparır. “Çelsi” oyunçunu icarəyə vermək niyyətində deyil.

Futbolçunun özü də Almaniya klubuna qayıtmaq istəyir. Qeyd edək ki, Çukvuemeka bu ilin fevral ayından etibarən “Borussiya”da icarə əsasında çıxış edirdi.

Xəbər xətti