"Bavariya" portuqaliyalı futbolçusunu "Tottenhem"ə icarəyə verdi

00:07 - 4 Avqust 2025

Joao Palinya "Tottenhem"ə keçib.

Sportal.az xəbər verir ki, İngiltərə klubu "Bavariya"nın yarımmüdafiəçisini satın alma hüququ ilə icarəyə götürdüyünü rəsmi şəkildə açıqlayıb.

İnsayder Florian Plettenberqin məlumatına görə, Münhen klubu bu icarə müqaviləsindən bonuslar da daxil olmaqla 5 milyon avroya qədər gəlir əldə edəcək. Əgər "Tottenhem" satın alma opsiyasını aktivləşdirərsə, əlavə olaraq 25 milyon avro və üstəlik 5 milyon avroya qədər bonus ödənişi həyata keçiriləcək.

Bundan əlavə, London klubu Palinyanın vergilər çıxılmamış illik təxminən 10 milyon avroluq maaşını tam şəkildə üzərinə götürüb.

Portuqaliyalı futbolçu "Bavariya"da cəmi bir mövsüm keçirmiş və Bundesliqada 17 oyunda meydana çıxmışdı.


Xəbər xətti