“Neftçi”nin lüksemburqlu hücumçu Alessio Kurcinin transferi üçün ödədiyi məbləğ məlum olub.
Sportal.az “Transfermarkt”a istinadən xəbər verir ki, “ağ-qaralar” 23 yaşlı hücumçunun keçidi üçün Belçikanın “Franks Borayns” klubuna 200 min avro (təxminən 380 min manat) ödəyib.
Qeyd edək ki, Lüksemburq millisinin 23 yaşlı hücumçusu ilə 3 illik müqavilə bağlanıb. O, milli komandasının heyətində 15 oyun keçirib, 1 qol vurub.
saytlarin hazirlanmasi