"Milan"dan isveçrəli müdafiəçiyə 7 milyon avroluq təklif

22:01 - 2 Avqust 2025

"Zəkari Atekame" ilə "Milan" maraqlanır.

Sportal.az xəbər verir ki, insayder Fabritsio Romanonun məlumatına görə, "rossonerlər" bu gün "Young Boys" klubuna 7 milyon avro dəyərində ilk rəsmi təklifini göndərib. Tərəflər arasında danışıqlar davam edir.

20 yaşlı futbolçu İtaliya klubuna qoşulmaqda maraqlıdır.

Qana əsilli isveçrəli müdafiəçi 2024-cü ildən "Young Boys" klubunda çıxış edir. Ötən mövsüm o, çempionatda 30 oyun keçirib və 2 qol ötürməsi edib.

Xəbər xətti