"Sabah"ın matçı üçün biletlər satışa çıxarıldı: 27 manat 

20:00 - 3 Avqust 2025

Bolqarıstanın “Levski” və Azərbaycanın “Sabah” klubları arasında Sofiyada keçiriləcək Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyununa biletlərin satışına start verilib. 

Sportal.az xəbər verir ki, biletlərin qiymətləri sektordan asılı olaraq 27-170 bolqar lev (təxminən 27-170 manat) arasında dəyişir. 

Görüş avqustun 7-də 25 min tamaşaçı tutumuna malik Georgi Asparuhov adına stadionda keçiriləcək.

Matça Bakı vaxtı ilə saat 22:00-da start veriləcək.
 

Xəbər xətti