Rusiya millisinin və “Zenit”in futbolçusu Andrey Mostovoy karyerasını Türkiyədə davam etdirə bilər.
Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Beşiktaş” rus futbolçunun xidmətində maraqlıdır.
Hazırda tərəflər arasında danışıqlar gedir. “Qara qartallar” ən pis halda 27 yaşlı yarımmüdafiəçini bir mövsümlük icarəyə götürmək istəyəcək.
Mostovoyun “Zenit”lə müqavilə müddəti isə 2027-ci il iyunun 30-na qədərdir. O, karyerası ərzində “Dolqoprudnıy”, “Ximki”, “Soçi” klublarının formasını geyinib.