Dünən “Qarabağ”ın “Hapoel”in (Beer-Şeva) Lukas Venture ilə maraqlanması haqda xəbər vermişdik. Ağdam təmsilçisi İsrail klubunun aparıcı üzvünü bu yay heyətinə qatmaqda maraqlıdır. Lakin Venture “Qarabağ”a keçərsə, komandaya avrokubokların təsnifat mərhələsində kömək edə bilməyəcək.
Sportal.az xəbər verir ki, buna səbəb braziliyalının “Hapoel”in heyətində bu mövsüm Avropa Liqası və Konfrans Liqasının təsnifat mərhələlərində oynamasıdır.
Ən yaxşı halda isə Lukas ÇL, Avropa Liqası və ya Konfrans Liqasının əsas mərhələsində “Qarabağ”ın formasını geyinə biləcək. Təbii ki, onun Ağdam klubuna keçidi baş tutarsa.
Əlavə edək ki, 27 yaşlı dayaq yarımmüdafiəçisinin “Hapoel”lə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. “Kruzeyro”nun yetirməsi olan futbolçu əsas komandada, həmçinin “Sport Resifi”, “Boa Esporte”, “Avai”, “Portimonenşe” komandalarında oynayıb.
Mirbağırağa
saytlarin hazirlanmasi