“Benfika”nın türkiyəli futbolçusu Kerem Aktürkoğlu karyerasını “Fənərbaxça”da davam etdirməyə çox yaxındır.
Sportal.az xəbər verir ki, “Haber Global”ın yaydığı məlumata görə, “Fənərbaxça” yarımmüdafiəçinin keçidi ilə bağlı “Benfika” ilə ilkin razılıq əldə edib.
Məlumata görə, İstanbul klubunun İdarə Heyətinin üzvü Hakan Safi transferi tamamlamaq üçün Portuqaliyaya yollanır.
Qeyd edək ki, 26 yaşlı futbolçu 2020-2024-cü illərdə “Qalatasaray”ın formasını geyinib.
saytlarin hazirlanmasi