"Qarabağ" hücumçu transferini reallaşdırmağa yaxındır.
Sportal.az saytına verilən məlumata görə, Ağdam təmsilçisi Andre Klovis məsələsində xeyli irəliləyiş əldə edib.
Belə ki, uzun müddətdir “Qarabağ” braziliyalı hücumçunun transferi üçün danışıq aparır. Məlumata görə, Qurban Qurbanovun sərəncamında görmək istədiyi Klovisi yola gətirmək mümkün olub. Hətta yaxın vaxtlarda tərəflərin yekun razılığa gələcəyi də gözlənilir.
Əgər keçid reallaşsa, hətta “Qarabağ”ın onu avrokubok matçlarında növbəti mərhələ oyunları üçün sifariş edə biləcəyi də ehtimal olunur.
27 yaşlı forvard müqavilə ilə “Akademika Vizeu”ya məxsusdur. Onun müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir. Klovis karyerası ərzində “İnternasional”, “Leykşoeş”, “Eştoril” klublarında oynayıb.
saytlarin hazirlanmasi