"Sabah"ın rəqibi qalib gəldi, liderliyini qorudu - VİDEO

09:34 - 4 Avqust 2025

“Sabah”ın Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi “Levski” Bolqarıstan çempionatında 3-cü turun oyununa çıxıb.

Sportal.az xəbər verir ki, Sofiya təmsilçisi “Slaviya”nı məğlub edib.

“Sabah”ın rəqibi 2:0 qalib gələrək turnir cədvəlində 9 xalla liderliyini qoruyub.

Qeyd edək ki, "Sabah" UEFA Konfrans Liqasının III təsnifat mərhələsində "Levski" ilə üz-üzə gələcək. Bakı təmsilçisi ilk oyunu avqustun 7-də səfərdə, cavab görüşünü isə avqustun 14-də evdə keçirəcək. 

"Levski" - "Slaviya"(Sofiya) 2:0
Qollar:Rupanov 70, Bala 84

Xəbər xətti