Braziliyalı hücumçu "Turan Tovuz"un düşərgəsinə nə vaxt qoşulacaq?

17:50 - 4 Avqust 2025

"Turan Tovuz"un hücumçusu Joarlem Santos komandanın təlim-məşq toplanışından kənarda qalıb.

Sportal.az saytına verilən məlumata görə, braziliyalı forvard Portuqaliyada bərpa prosesi keçir. O, fiziki hazırlıq məşqqçisi və terapevtin nəzarəti altında xüsusi məşq proqramı ilə çalışmalarını davam etdirir.

30 yaşlı forvard avqusun 15-də komandanın düşərgəsinə qoşulacaq.

Qeyd edək ki, "Turan Tovuz" Joarlem Santosu bu ilin fevral ayında Portuqaliyanın "Şaveş" klubundan transfer edib. Təcrübəli oyunçu aprel ayında məşq zamanı zədələnib və əməliyyat olunub.

Xəbər xətti