Yeni mövsümün hazırlığını davam etdirən "Barselona" bu gün növbəti yoxlama oyununu keçirib.
Sportal.az xəbər verir ki, İspaniya çempionu Asiya turu çərçivəsində Cənubi Koreyanın "Tequ" klubu ilə qarşılaşıb. Matç Kataloniya təmsilçisinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, "Barselona"bundan əvvəl "Seul"a 7:3 hesabı ilə qalib gəlib.
"Tequ" - "Barselona" 0:5
Qollar: Qavi, 21, 45+1, Robert Levandovski, 27, Antonio Fernandes, 53, Markus Reşford, 65