Daha 5 il "Bayer"də - RƏSMİ

15:51 - 4 Avqust 2025

Almaniyanın "Bayer" klubunda yeni müqavilə qeydə alınıb.

Sportal.az xəbər verir ki, Bundesliqa təmsilçisi Patrik Şikin sözləşməsinin müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Çexiyalı forvardla 2030-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, "Bayer" Patrik Şiki 2020-ci ilin yayında "Roma"dan ttransfer edib. 29 yaşlı futbolçu ötən mövsüm Leverkuzen təmsilçisinin heyətində meydana çıxdığı 45 rəsmi matçda 27 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti