"Turan Tovuz"un futbolçusu ikinci dəfə əməliyyat olundu - ilin sonuna kimi oynamayacaq

14:38 - 4 Avqust 2025

"Turan Tovuz"un önəmli futbolçulardan olan Denis Marandiçi ötən mövsüm ciddi zədə almışdı. Ayağı qırılan oyunçunun geri qayıtmasının uzun vaxt aparacağı bəlli idi. 

Sportal.az-ın klubun mətbuat xidmətindən aldığı məlumata görə, moldovalı futbolçunun qayıdışıı ən azı ilin sonuna kimi çəkəcək. 

Marandiç yalnız Premyer Liqanın ikinci yarısında "Turan Tovuz"a kömək edə biləcək. 

Xəbər xətti