"Leypziq"in futbolçusu Benjamin Şeşko karyerasını İngiltərə Premyer Liqasında davam etdirməyə yaxındır.
Sportal.az xəbər verir ki, "Mançester Yunayted" sloveeniyalı futbolçunu traansfer etmək istəyir. Bu barədə "Bild" nəşri məlumat yayıb.
"Qırmızı şeytanlar" Şeşko üçün 75+10 milyon avroluq rəsmi təklif göndərib. Almaniya klubunun bu təklifi qəbul edəcəyi gözlənilir.
Qeyd edək ki, "Leypziq" Benjamin Şeşkonu 2023-cü ilin yayında "Zalzburq"dan transfer edib. Sloveniya millisinin üzvü olan 22 yaşlı forvard ötən mövsüm Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 45 rəsmi matçda 21 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi