"Fənərbaxça" və "Beşiktaş"ın oyunları təxirə salındı

16:59 - 5 Avqust 2025

Türkiyə Super Liqasının 1-ci turunun üç oyunu təxirə salınıb.

Sportal.az xəbər verir ki, buna səbəb klubların avrokuboklarda iştirak etməsidir. Məlumatı Türkiyə Futbol Federasiyasının (TFF) mətbuat xidməti məlumat yayıb.

"Fənərbaxça" - "Alanyaspor", "Kayserispor" - "Beşiktaş" və "Fatih Karagümrük" - "Başakşehir" matçları təyin olunmuş vaxtda baş tutmayacaq. Qarşılaşmaların nə vaxt baş tutacağı ilə bağlı məlumat verilməyib.

Qeyd edək ki,  "Fənərbaxça" Çempionlar Liqasında, "Beşiktaş" və "Başakşehir" isə Konfrans Liqasının 3-cü təsnifat mərhələsində mübarizə aparır.

Xəbər xətti