Transfer çalışmalarını davam etdirən "Kəpəz" vaxtilə komandada oynamış Olavale Onanuqanı heyətinə qatıb.
Sportal.az xəbər verir ki, 27 yaşlı futbolçu ilə 1 illik müqavilə bağlanıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Nigeriyalı yarımmüdafiəçi bundan öncə 2023/2024-cü illər mövsümündə "sarı-göylər"in heyətində çıxış edib. Onanuqa 27 oyuna 2 qol vurub. "Kəpəz"dən sonra Olavale "Əl-Nəsr" (Küveyt) və "Bney Yehuda" (İsrail) klublarında oynayıb.
saytlarin hazirlanmasi