Ötən mövsümü “Hatayspor”da keçirmiş Vensan Abubakarın “Qarabağ”a keçəcəyi iddia edilirdi.
Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, kamerunlu hücumçu “Sarıyer”lə anlaşıb.
Türkiyə 1-ci Liqasında iştirak edəcək klub Abubakarla 1 illik müqavilə məsələsində razılıq əldə edib.
33 yaşlı forvard kryerası ərzində “Koton Sport”, “Valansyen”, “Loryen”, “Beşiktaş”, “Porto”, “Əl-Nəsr” klublarında oynayıb.