"Milan"dan ayrılan Luka Yoviçin yeni klubu müəyyənləşib.
Sportal.az xəbər verir ki, serbiyalı hücumçu karyerasını Yunanıstanda davam etdirəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Afina təmsilçisi 27 yaşlı forvardla 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.
Qeyd edək ki, Luka Yoviç ötən mövsüm "Milan"ın heyətində meydana çıxdığı 17 rəsmi maatçda 4 qol vurub.
saytlarin hazirlanmasi