"Qalatasaray" Türkiyə millisinin üzvü ilə müqavilə imzaladı

21:27 - 5 Avqust 2025

"Qalatasaray" müqaviləsi gələn ilin yayında başa çatan Yunus Akgünlə bağlı qərar veerib.

Sportal.az xəbər verir ki, İstanbul nəhəngi türk vingerin sözləşməsinin müddətini uzadıb. Bu barədə "TRT Spor" televiziyası məlumat yayıb.

"Qalatasaray" Yunusla 4 illik yeni sözləşmə imzalayıb. 25 yaşlı ön xətt oyunçusu 2030-cu ilin 30 iyun tarixinə kimi "cim bom"a məxsus olacaq.

Qeyd edək ki, Yunus "Qalatasaray"ın yetirməsidir. Türkiyə millisinin üzvü ötən mövsüm "sarı-qırmızılar"ın heyətində meydana çıxdığı 44 rəsmi matçda 12 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti