Tayler Morton “Liverpul”dan “Lion”a transfer olunub.
Sportal.az xəbər verir ki, Fransa klubu 22 yaşlı yarımmüdafiəçinin transferini rəsmən elan edib. Tərəflər 5 illik müqavilə imzalayıb.
Transferin dəyəri 10 milyon avro təşkil edir, əlavə 5 milyon avro isə bonuslar şəklində ödənilə bilər. Əgər “Lion” futbolçunu gələcəkdə daha yüksək məbləğə satarsa, “Liverpul” əldə olunan mənfəətin 20%-ni alacaq.
Qeyd edək ki, ötən mövsüm Morton “Liverpul”un əsas komandasında 5, gənclər komandasında isə 6 oyun keçirib.
saytlarin hazirlanmasi