Avqustun 9-da "Şamaxı" ilə "İmişli" arasında yoxlama oyunu keçirilməli idi. Lakin oyuna sayılı günlər qaldığı bir vaxtda "İmişli" matça çıxmaqdan imtina edib. Sportal.az-ın əldə etdiyi məlumata görə, səbəb kimi portuqaliyalı baş məşqçi Xorxe Kaskilyanın bu görüşün keçirilməsinə qarşı çıxdığı deyilib.
"İmişli"nin qeyri-peşəkarlığı "Şamaxı"nı pis vəziyyətdə qoyub. Premyer Liqaya planlı şəkildə hazırlaşan klub əvvəlcədən proqramını tərtib edir. Yükləmələr də, oyun sayı da, matç günləri də hazırlığın yüksək səviyyəyə çatdırılmasına hesablanır.
"Şamaxı" Premyer Liqa öncəsi mütləq bir yoxlama oyunu keçirmək istəyir. Lakin "İmişli"nin görüşə bir neçə gün qalmış fikrini dəyişməsi Ayxan Abbasovun əl-qolunu bağlayıb. Belə qısa müddətdə rəqib tapmaq çətindir.
"İmişli"nin də, "Karvan-Yevlax"ın da Premyer Liqada çıxış eləməyə hazır olmadığı barədə çox yazılıb, deyilib. Bu hal bir daha onu göstərir ki, bu cür klubların peşəkarlaşmasına hələ çox var.
saytlarin hazirlanmasi