Ayxan Abbasovun qarşısında iki çətin tapşırıq - həm gəncləri oynatmalı, həm də "Şamaxı"nı Premyer Liqada saxlamalıdır

20:29 - 5 Avqust 2025

Premyer Liqada yeni mövsümün başlamasına 10 gün vaxt qalır. Artıq müəyyən nəticələrə gəlmək mümkündür.

"İmişli" və "Karvan-Yevlax"ın AFFA tərəfindən əvəvzedicilər və daha 3 liqada oynamamqla bağlı güzəşt almasından sonra ən kiçik büdcə ilə yola çıxan komandanın məhz "Şamaxı" olacağı dəqiqləşib. Debütantlar qabaq düşdükləri 400-500 min manatı əsas komandaya xərcləyə biləcəklər, Ayxan Abbasovun komandası bu mənada ən ucuz heyətlə oynamaq məcburiyyətində qalacaq. 

Açığı, əvvəlcədən belə düşünmək olardı ki, AFFA elə ən böyük dəstəyi "Şamaxı"ya verəcək. Çünki bu klub həm də U-21 millimiz üçün baza xarakteri daşıyır. Yığmanın əksər aparıcı üzvləri məhz "Şamaxı"da cəmləşib. 

Lakin federasiya çıxardığı qərarlarla məhz "Şamaxı"nı zərbə altında qoyub. Ayxan Abbasov bir tərəfdən gəncləri oynatmalıdır, o biri tərəfdən də "Şamaxı"nı Premyer Liqada saxlamalıdır. Çətin görünür. Ayxan Abbasov həmişəki kimi çətin şərtlər altında Azərbaycan futboluna xidmət edəcək!

Həmid

Xəbər xətti