"Mançester Siti" müdafiəçi Vitor Reysi icarəyə verəcək.
Sportal.az xəbər verir ki, Premyer Liqa nəhəngi braziliyalı futbolçunu "Jirona"ya göndərəcək. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
19 yaşlı mərkəz müdafiəçisi 2025/2026 mövsümünü La Liqa təmsilçisinin heyətində keçirəcək.
Qeyd edək ki, "Mançester Siti" Vitor Reysi bu ilin yanvar ayında "Palmeyras"dan transfer edib. Gənc oyunçu "şəhərlilər"in heyətində 5 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi