"Qəbələ"də yeni təyinat - RƏSMİ

20:22 - 6 Avqust 2025

“Qəbələ” İdman Klubunda yeni təyinat gerçəkləşib.

Sportal.az xəbər verir ki, Elnur Məmmədli klubun mətbuat xidmətinin rəhbəri təyin edilib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

O, 2023-2025-ci illərdə AFFA-nın mətbuat xidmətinin rəhbəri vəzifəsini tutub.

Məmmədli idman jurnalistikasında karyerasına ötən əsrin sonlarında başlayıb. O, bu illər ərzində müxtəlif televiziya kanallarında idman şərhçisi kimi çalışıb, həmçinin qəzet və saytlarda fəaliyyət göstərib.

Xəbər xətti