"Araz-Naxçıvan"ın oyunlarını idarə edəcək hakimlər bəlli oldu

13:48 - 6 Avqust 2025

Futzal üzrə Çempionlar Liqasının ilkin mərhələsində “Araz-Naxçıvan”ın yer aldığı qrupunun oyunlarını idarə edəcək hakimlər açıqlanıb.

Sportal.az xəbər verir ki, UEFA 4 referiyə təyinat göndərib. Orest Dutsyak (Ukrayna), Qonçalo Felipe Santos Duarte (Portuqaliya), Vladimir Sebek (Monteneqro) və Aleksandar Vangelov (Bolqarıstan) iş başında olacaq.

Hakim-inspektor funksiyasını isə Talal Daravşi yerinə yetirəcək. Qeyd edək ki, “Araz-Naxçıvan” UEFA Çempionlar Liqasının ilkin mərhələsində F qrupunda yer alacaq.

Avqustun 27-də Şimali İrlandiyanın “Sparta Belfast”, ertəsi gün Şotlandiyanın “PYF Saltires”, avqustun 30-da isə Avstriyanın “Ljuti Krajişniçi” komandaları rəqib olacaq. Bu qrupun oyunları Avstriyada keçiriləcək. Yalnız qrup qalibi əsas mərhələyə yüksələcək.

Xəbər xətti