Azərbaycan klubu Çempionlar Liqası üçün dünya çempionu və Belçika millisinin üzvü ilə anlaşdı

14:22 - 6 Avqust 2025

Azərbaycanın minifutbol üzrə son çempionu "Birbaşa Bakı" yeni mövsüm ölkəmizi yenidən Çempionlar Liqasında təmsil edəcək.

Sportal.az saytına verilən məlumata görə, Dan Mitunun rəhbərlik etdiyi kollektiv sentyabrın 17-21-i arasında Bolqarıstanın Sofiya şəhərində keçiriləcək mötəbər turnirə hazırlıqlarını davam etdirir.

Paytaxt klubu artıq heyətini də gücləndirməyə macal tapıb. Belə ki, son dünya çempionatında Azərbaycan millisinin aparıcı qüvvəsi olan və turnirin ən yaxşı oyunçusu seçilmiş Ramiz Çovdarov "Birbaşa Bakı" ilə anlaşıb. Ölkə çempionunun daha bir transferi isə Belçikadan olub. Onlar Belçika yığmasının üzvü Valid Jaadi ilə müqavilə imzalayıb.

Qeyd edək ki, ötən il Polşada keçirilmiş minifutbol üzrə Çempionlar Liqasının qalibi "Birbaşa Bakı" kollektivi olmuşdu.

Mirbağırağa

Xəbər xətti