"Liverpul"un hücumçusu Darvin Nunes karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.
Sportal.az xəbər verir ki, "Əl-Hilal" uruqvaylı forvardın transferini yekunlaşdırmaq üzrədir. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
"Liverpul" ərəblərin 53 milyon avro və bonuslardan ibarət təklifini qəbul edib. 26 yaşlı futbolçunun keçidi yaxın günlərdə rəsmiləşəcək.
Qeyd edək ki, "Liverpul" Darvin Nunesi 2022-ci ilin yayında "Benfika"dan transfer edib. Uruqvay millisinin üzvü ötən mövsüm İngiltərə çempionunun heyətində meydana çıxdığı 45 rəsmi matçda 7 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi