Nigeriya millisinin üzvü "Beşiktaş"da

15:16 - 6 Avqust 2025

"Beşiktaş" yarımmüdafiə xəttini yeni oyunçu ilə gücləndirəcək.

Sportal.az xəbər verir ki, İstanbul nəhəngi "Lester Siti"də çıxış edən Vilfred Ndidinin keçidini həll edib. Bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.

"Beşiktaş" nigeriyalı dayaq yarımmüdafiəçisi üçün İngiltərə klubuna 9,5 milyon avro təzminat ödəyəcək. 28 yaşlı oyunçu "qara qartallar"la 3+1 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, "Lester Siti" Vilfred Ndidini 2017-ci ilin yayında "Genk"dən transfer edib. İngiltərə millisinin üzvü ötən mövsüm "tülkülər"in heyətində meydana çıxdığı 30 rəsmi matçda 1 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti