"Portu"nun sabiq futbolçusu, Çempionlar Liqasının qalibi Jorje Koşta 53 yaşında vəfat edib.
Sportal.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Portuqaliya millisinin sabiq müdafiəçisinin ölümünə səbəb məşq zamanı baş verən ürək tutması olub.
Qeyd edək ki, Koşta futbolçu karyerası ərzində 1990–2005-ci illərdə “Portu”nun heyətində çıxış edib və 324 oyunda 20 qol vurub. O, bu komanda ilə səkkiz dəfə Portuqaliya çempionu olub, beş dəfə isə ölkə kubokunu qazanıb. 2003-cü ildə UEFA Kubokunu (indiki Avropa Liqası), 2004-cü ildə isə Çempionlar Liqasını əldə edib.
saytlarin hazirlanmasi