Bu klub "Şamaxı" ilə oyuna çıxmaqdan imtina etdi

21:02 - 6 Avqust 2025

“Şamaxı” yay toplanışı çərçivəsində avqustun 9-u “İmişli” ilə yoxlama oyunu keçirməli idi.

Sportal.az xəbər verir ki, son anda rəqib oyuna gəlməkdən imtina etdiyinə görə qarşılaşma ləğv edilib. Bu barədə "Şamaxı"nın mətbuat xidməti məlumat yayıb.

Ayxan Abbasovun rəhbərlik etdiyi kollektivin növbəti yoxlama oyunu haqda ətraflı məlumat veriləcək.

Xəbər xətti