"Barselona"nın müdafiəçisi "Çelsi"nin hədəfində

17:50 - 9 Avqust 2025

"Çelsi" müdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, Premyer Liqa nəhənginin əsas hədəfi "Barselona"da çıxış edən Ronald Arauxodur. Bu barədə "Fichajes" nəşri məlumat yayıb.

"Çelsi" uruqvaylı futbolçu üçün "Barselona"ya rəsmi təklif göndərməyə hazırlaşır. İspaniya çempionu 26 yaşlı mərkəz müdafiəçisi üçün 60 milyon avro tələb edəcək.

Qeyd edək ki, "Barselona" Ronald Arauxonu 2018-ci ilin yayında ABŞ-nin "Boston River" klubundan transfer edib. Uruqvay millisinin üzvü ötən mövsüm Kataloniya təmsilçisinin heyətində 25 rəsmi matçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti