"Fənərbaxça"nın futbolçusuna İtaliyadan təklif

13:31 - 9 Avqust 2025

"Fənərbaxça"nın futbolçusu Cengiz Ünder İtaliyaya qayıda bilər.

Sportal.az xəbər verir ki, "Bolonya" türk vingeri heeyətinə qatmaq istəyir. Bu barədə "Sözcü" nəşri məlumat yayıb.

A Seriyası təmsilçisi Cengizi icarəyə götürməyə çalışır. "Bolonya" 28 yaşlı oyunçunun maaşının yarısını ödəməyə hazırdır. Klublar arasında danışıqlar davam edir.

Qeyd edək ki, "Fənərbaxça" Cengiz Ünderi 2023-cü ilin yayında "Marsel"dən transfer edib. Türkiyə millisinin üzvü ötən mövsümün ikinci yarısını icarə əsasında "Los Anceles"də keçirib. O, daha əvvəl İtaliyada "Roma"nın formasını geyinib.

Xəbər xətti