"Neftçi" heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Bakı təmsilçisi İqor Ribeyronu rənglərinə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Braziliyalı müdafiəçi ilə 2 illik müqavilə imzalanıb. 5 nömrəli formanı geyəcək Ribeyro artıq komanda ilə məşqlərə də qoşulub.
Qeyd edək ki, İqor Ribeyrronun son klubu "Araz-Naxçıvan" olub.
saytlarin hazirlanmasi