"Napoli"nin hücumçusu Cakomo Raspadori karyerasını İspaniya La Liqasında davam etdirməyə yaxındır.
Sportal.az xəbər verir ki, "Atletiko" italiyalı futbolçunu transfer etmək istəyir. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Madrid klubu Raspadori ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb. "Atletiko" İtaliya çempionu ilə danışıqları davam etdirir.
Qeyd edək ki, "Napoli" Cakomo Raspadorini 2022-ci ilin yayında "Sassuolo"dan transfer edib. İtaliya millisinin üzvü ötən mövsüm Neapol təmsilçisinin heyətində meydana çıxdığı 29 rəsmi matçda 6 qqol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi