"Levski"nin kapitanı: "Sabah"a daha çox qol vura bilərdik"

16:24 - 8 Avqust 2025

"Levski" UEFA Konfrans Liqası 3-cü təsnifat mərhələsinin ilk oyunu çərçivəsində doğma meydanda "Sabah"ı 1:0 hesabı ilə məğlub edib.

Sportal.az xəbər verir ki, Sofiya təmsilçisinin kapitanı Marin Petkov matçdan sonra açıqlama verib. 21 yaaşlı  hücumameyilli yarımmüdafiəçi daha çox qol vurmaq üçün şanslarının olduğunu bildirib:

"Meydanda əllərindən gələni etdiklərinə görə bütün komanda yoldaşlarıma təşəkkür edirəm. Azarkeşlərə bizim 12-ci oyunçumuzdur. Onlar bizim üçün tribunada orada idilər. Düşünürəm ki, biz birdən çox qol vura bilərdik. Amma bizim şanslarımız olduğu kimi, "Sabah"da qol vura bilərdi. Bu, nəticədir və biz bunu qəbul etməliyik".

Qeyd edək ki, "Sabah"la "Levski" arasında cavab görüşü 14 avqust tarixində "Bank Respublika Arena"da baş tutacaq.

Xəbər xətti