Millimizin üzvü oynadı, komandası Konfrans Liqası matçında qələbə qazandı

23:48 - 7 Avqust 2025

Millimizin üzvü Cəlal Hüseynovun çıxış etdiyi Bolqarıstanın "Arda" klubu UEFA Konfrans Liqası III təsnifat mərhələsinin ilk oyununda səfərdə Litvanın "Kauno Jalqiris"lə qarşılaşıb.

Sportal.az xəbər verir ki, matç Hüseynovun komandasının 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Azərbaycanlı futbolçu start heyətində meydana çıxıb və sonadək meydanda olub.

Qeyd edək ki, cavab qarşılaşması avqustun 14-də Bolqarıstanda baş tutacaq.

Xəbər xətti