Fernandu Santuş onun ölüm xəbərinə görə şoka düşüb: "Çox yaxşı münasibətimiz var idi"

13:34 - 8 Avqust 2025

Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş keçmiş müdafiəçisi, “Porto”nun və Portuqaliya millisinin sabiq müdafiəçisi Xorxe Kostanın vəfatını şərh edib.

Sportal.az xəbər verir ki, Portuqaliyanın “Lusa” nəşrinə danışan mütəxəssis bunları deyib:

"Bu, şok və böyük itkidir. Bakıya qayıtdıqdan sonra xəbərləri izləyirdim və bu hadisəyə təəccübləndim. Ailəsinə və “Porto”ya başsağlığı verirəm. Əslində, o, mənim dostum idi. Üç il komandanı çalışdırdığım zaman Xorxe "Porto"nun kapitanı idi. Bizim çox yaxşı münasibətimiz var idi. Meydanda və meydandan kənarda kapitan idi. Əslində Koştanı “Porto”nun simvolu saymaq olar. O, ümumilikdə Portuqaliya futbolunun tarixində iz qoyan, 1991-ci ildə Lissabonda keçirilən U-20 Dünya Kubokunu qazanan nəslə mənsub oyunçudur".

Xəbər xətti